Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
Bu barədə ONN media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub.
Hazırda hər iki pasiyent əməliyyatdadır.
Qeyd edək ki, oktyabrın 1-də Tərtər rayonunun Qızıloba kəndində mina partlayışı baş verib. Nəticədə rayonun Səhləbad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu yaralanıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.



Tərtərdə minaya düşənlərin durumu açıqlandı
Tərtərdə daha bir şəxs minaya düşdü
Minaya düşən şəxslərin son durumu necədir?
Tərtər sakini MİNAYA DÜŞDÜ
Füzulidə minaya düşən şəxslərin son durumu açıqlandı
Tərtərdə qoyun otaran şəxs minaya düşdü
Tərtərdə bir nəfər minaya düşdü
Tərtər sakini minaya düşdü
Mina partlayışı zamanı xəsarət alanlarla bağlı XƏBƏR VAR
Daha bir Tərtər sakini minaya düşdü
Tərtərdə vətəndaşımız minaya düşdü
Kəlbəcərdə 3 nəfər minaya düşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 