Hər gün yüzlərlə insan səhər işə gedərkən və ya axşam qayıdarkən tıxacda saatlarla vaxt keçirir. Tıxaclar yalnız Bakının mərkəzində və pik saatlarda deyil, şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bu yalnız Bakıda müşahidə olunmur. Sumqayıtdan xeyli sayda adam hər gün Bakıya işə gəlmək üçün şəxsi maşınlardan, qatar və avtobuslardan istifadə edir.
Bəs görəsən, tıxacların qarşısını almaq niyə bu qədər müşkülə çevrilib? Sumqayıtdan Bakıya və digər ərazilərə gəmi nəqliyyatı olsa, necə olardı?
ONN media xəbər verir ki, mövzu ilə bağlı oxu.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, Bakı ilə Sumqayıt arasında gəmi nəqliyyatının təşkili qeyri-mümkündür:
“Belə bir şey qeyri-mümkündür. Avantüradır. Gəmi Xəzərdə bir saat qalmalı olacaq. Xəzərdə bir saatda küləyin istiqaməti 20 dəfə dəyişir. Hava şəraiti ilə əlaqədar reys təxirə salına da bilər. Həm də uzaqdır. Düz yolu qoyub, bütün Abşeronun başına dolanmış olursan. Gec gələcək, rentabelli deyil. Bu, yanlış ideyadır”.
Ekspertin sözlərinə görə, insanların mobilliyi təmin edilməlidir:
“İnsanların mobilliyindən danışırıqsa, bunu təmin etməliyik. Bakı-Sumqayıt istiqamətindən söhbət gedirsə, burada gün ərzində insanların gediş-gəlişini təmin etmək üçün daha çox sərnişin daşıyan nəqliyyat növləri təqdim etməliyik.
Dəmiryolu şəbəkəsində də qatarların sayı çox azdır. Qurulmuş infrastrukturun daha əlçatan olmasını tələb etmək lazımdır. Stansiyalara əlçatanlıq zəifdir. Əlavə stansiyaların qurulması daha yaxşı olardı. Sıxlıq müşahidə olunur”.
R.Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyatın prioritetini təmin etməklə sıxlıq problemini azalda bilərik:
“Bunlar üçün kompleks tədbirlər görülməlidir. Qısa və tez həll variantı şəhərdə zolaqlar şəbəkəsini təşkil etməkdir. Bu, ciddi müqavimətə səbəb ola bilər, bu gedişlə şəhəri kilidlənməyə aparırıq. İctimai nəqliyyat düzəlsə, tamam fərqli şəhərə, mühitə sahib



Bakı-Sumqayıt qatarının sabahkı hərəkət qrafiki açıqlandı
Sumqayıt-Bakı qatarında problem yaşandı
Bakının tıxac problemi Milli Məclisdə müzakirəyə çıxarıldı
Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
Xəzərdə içərisində sərnişinlər olan gəmi batıb
Sumqayıt-Bakı elektrik qatarı adam vurub
Ukraynadan daha bir gəmi yola düşdü
Rusiya hərbi gəmiləri Bakıya niyə gəlib?
Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir
Gəncəyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
Sumqayıtdan Bakıya yeni yol çəkiləcək – RƏSMİ
Bakı- Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 