Əməkdar artist Aybəniz Haşımovanın influser qızı Aynişan Quliyeva ilk döyməsini etdirib.
ONN media xəbər verir ki, bu barədə o, instaqramda video paylaşıb. Aynişan qoluna Birinci Qarabağ müharibəsində şəhid olmuş atası Xalid Quliyevin adını yazdırıb və adının sonluğunu kiçik göyərçinlə tamamlayıb.
Qeyd edək ki, Şəhid Xalid Hüseynxan oğlu Quliyev 1962-ci il sentyabrın 9-da Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub. Bakı şəhəri Nizami rayonu 62 saylı məktəbdə təhsil alıb. 1980-1982-ci illərdə Almaniyada hərbi xidmətdə olub. 1989-cu ildə Politexnik İnstitutuna daxil olub. Tələbəlik illərində Xalq Təhsili Nazirliyinin nəzdindəki Təcrübə Sınaq zavodunda sex rəisi işləyib.
Xalid Quliyev könüllü olaraq Daxili Qoşunların döyüşçü dəstəsinə üzv yazılıb. Ağdərədə gedən qanlı döyüşlərdə böyük şücaət göstərib. Naxçıvanik kəndi düşməndən azad olduqdan sonra ən hündür yüksəkliyə Azərbaycan bayrağını məhz Xalid Quliyev sancıb. Şəhidin sonuncu döyüşü Manikli kəndində olub. 1992-ci il iyulun 10-da kəndi azad etdikdən sonra düşmən əsirliyində olan üç əsgərimizi mühasirədən azad edən Xalid qayıdarkən yolda minaya düşərək həlak olub.
Şəhid Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Vaxtı ilə təhsil aldığı Nizami rayonunda yerləşən 62 saylı məktəb-liseyi şəhidin adını daşıyır. Həmçinin yaşadığı küçəyə Xalid Quliyevin adı verilib



Aynişan gəlin köçdü
Yeni evli olan Aynişan həyat yoldaşından AYRILDI?
Əməkdar artistin qızı əməliyyat oldu
Aynişanın əri iddialara belə REAKSİYA VERDİ: "Lazımsız yerə..."
Aynişanın bal ayından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanda vəzifəli şəxs ŞƏHİD OLDU
Aynişanın nikah mərasimi oldu
Vətən müharibəsində şəhid olan müəllimlərimiz
"Biz deməmişik ki, boşandıq" - Aynişandan CAVAB
"Maska"dakı "Xarıbülbül" bu məşhur imiş
Aynişandan sərt İSMARIC
Prezidentin təyin etdiyi yeni köməkçi kimdir?- Dosye
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 