2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edirik
- Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün "Pervıy Kanal" televiziyasında yayımlanıb.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
- Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad"ı, D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Hər bir hörmət edilən dövlətin vəzifəsi Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləməkdir.
- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin görüntülərini yayıb.
- Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin videogörüntülərini yayıb.
- Ermənistanın Ağdama atdığı mərmi nəticəsində FHN əməkdaşı xəsarət alıb- Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.
- Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirədə deyib ki, düşmən tərəfindən "İsgəndər" raket kompleksləri tətbiq olunacağı halda adekvat tədbir görüləcək.
- DTX ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən terrorçuların radio danışıqlarını ələ keçirib.
- Ermənistan tərəfdən vuruşan daha iki muzdlu-terrorçu məhv edilib.
- Ermənistan Silahlı Qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarını atəşə tutub.
- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikaların videogörüntüləri yayılıb.
- Düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb. Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirə bilməyən ermənilər döyüş mövqelərini tərk edərək qaçıb.
- Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən düşmən postu və qənimətlərin yeni görüntülərini yayıb



Vətən müharibəsi xronikası- 24 oktyabr
Vətən müharibəsi xronikası- 13 oktyabr
Vətən müharibəsi xronikası- 31 oktyabr
Vətən müharibəsi xronikası: 12 oktyabr
Vətən müharibəsi xronikası: 1 noyabr
Vətən müharibəsi xronikası: 4 noyabr
Vətən müharibəsi xronikası- 10 oktyabr
44 günlük Vətən müharibəsi xronikası- 18 oktyabr
Vətən müharibəsi xronikası: 2 noyabr
Vətən müharibəsi xronikası: 7 noyabr
Vətən müharibəsi xronikası: 6 noyabr
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 