Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə ONN media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Viktor Qulyeviç, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov, Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Erlis Terdikbayev, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Şuxrat Xalmuxamedov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Rüstəm Cumayev iştirak ediblər.
İclasda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev giriş sözü ilə çıxış edib.
Tədbirdə hərbi əməkdaşlığın cari il üzrə yekun nəticələri, növbəti il üçün inkişaf perspektivləri, həmçinin sülhün və təhlükəsizliyin təmin olunması və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
İclasın sonunda yekun protokollar imzalanıb, MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının 2023-cü ildə Rusiya Federasiyasında keçirilməsi haqqında qərar qəbul edilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyev iclasda yekun nitqlə çıxış edib.



MDB Qərargah rəisləri Bakıya gələcək
Nəcməddin Sadıkov Moskvaya getdi
Rus general Arutyunyanla görüşdü
Müdafiə Nazirliyi İrana başsağlığı verdi
İlham Əliyev iki generala YÜKSƏK VƏZİFƏ VERDİ
Zakir Həsənov İranın qərargah rəisi ilə telefonla danışıb
Azərbaycan Ordusunun 3 generalı vəzifəsindən azad edildi
Zelenski onu da işdən çıxartdı
Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirir
Zakir Həsənov məşhur polkovnikə vəzifə verdi
Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi
Azərbaycan və Pakistan birgə əməliyyatı müzakirə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 