Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib.
Bu barədə ONN media-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, müşavirədə cari ilin 03 oktyabr tarixində keçirilmiş geniş müşavirə zamanı ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub.
Müzakirə zamanı ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanmış, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib.
Tədbirlər Palnına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir.
Müşavirədə habelə ictimai nəqliyyat sahəsində struktur islahatlarının davam etdirilməsi, inzibati, infrastruktur və təşkilatı tədbirlərlə bağlı məsələlər müzakirə olundu və konkret zaman ərzində yerinə yetirilməli olan tapşırıqlar verildi.



Əli Əsədov müşavirə keçirdi
Əli Əsədov iclas keçirdi- NƏ MÜZAKİRƏ OLUNDU?
Baş nazir müşavirə keçirdi, TAPŞIRIQLAR VERDİ
Bayram günlərində ictimai nəqliyyat işləməyəcək?
Prezident müşavirə keçirdi
SON DƏQİQƏ: Bu tarixə kimi ictimai nəqliyyat həftəsonları işləməyəcək
Bu icra başçılarına ciddi xəbərdarlıq edildi
Daha 10 rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək - QƏRAR
Əli Əsədov iclas keçirdi- Nə müzakirə olundu?
Nazirdən ordu ilə bağlı açıqlama
Putin Qarabağla bağlı müşavirə keçirdi
Bu tarixə kimi həftəsonu ictimai nəqliyyat işləməyəcək - QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 