Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Bu barədə ONN media “Anadolu”ya istinadən xəbər verir.
Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib.
Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.
Onun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.
Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.
Xatırladaq ki, Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 14-də Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb, Xarici İşlər Nazirliyinə isə müvafiq beynəlxalq strukturlara bununla bağlı məlumat göndərilməsi ilə bağlı tapşırıq verilib



Füzuli Hava Limanı saatda 200 sərnişinə xidmət edə biləcək
Dünyanın ən böyük hava limanının tikintisi başa çatdı
Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olub - YENİLƏNİB
AZAL Füzuli Aeroportunun istifadəyə veriləcəyi tarixi AÇIQLADI
Ərdoğan hava limanının açılışından danışdı
Prezident Zəngilan Hava Limanının təməlini qoydu
Ərdoğan Füzuli aeroportunun açılışında çıxış edəcək
Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur - İlham Əliyev
Prezident və xanımı Zəngilan aeroportunda
Bu tarixdə Zəngilan hava limanının açılışı olacaq- Ərdoğan
Ərdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək
Zəngilan Hava Limanının ərazisi minalardan təmizləndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 