2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Azərbaycan və İran İslam Respublikası dövlət sərhədini tam nəzarətə götürüməsi ilə bağlı paylaşım edib: "Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!"
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib:"Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
- Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib.
- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibə verib.
- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib.
- Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb. Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib.
- Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edib. Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüləri yayılıb.
- Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib. Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edib.
- Azərbaycan Bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb



Vətən müharibəsi xronikası: 7 noyabr
Vətən müharibəsi xronikası- 21 oktyabr
Vətən müharibəsi xronikası: 4 noyabr
Vətən müharibəsi xronikası- 13 oktyabr
Vətən müharibəsi xronikası: 2 noyabr
44 günlük Vətən müharibəsi xronikası- 18 oktyabr
Vətən müharibəsi xronikası- 25 oktyabr
Vətən müharibəsi xronikası- 14 oktyabr
Vətən müharibəsi xronikası- 28 oktyabr
Vətən müharibəsi xronikası: 30 oktyabr
Vətən müharibəsi xronikası- 24 oktyabr
İlham Əliyevdən QƏLƏBƏ TVİTİ: İranla sərhədəboyu bütün məntəqələr azad edildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 