Kiyev Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etməsinə sürətli şəkildə NATO hərbi alyansına qoşulmaq istəyini elan edərək reaksiya verib. NATO üzvləri Polşa, Rumıniya, Slovakiya, Çexiya, Estoniya, Latviya, Litva, Monteneqro və Şimali Makedoniya bu təklifi dəstəkləyir. Lakin NATO-nun baş katibi Yens Stoltenberq onun dəstəyindən yayınıb, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan isə müraciətin təxirə salınmalı olduğunu bildirib.
ONN media xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Məlumatda Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv ola bilməməsinin beş səbəbi var:
1. Ukraynanın NATO-ya daxil olması daha geniş müharibə riski yaradacaq
Müharibədə iştirak mənzərəni çətinləşdirir. Ukrayna Rusiya ilə müharibə vəziyyətində olarkən NATO-ya üzv olarsa, 5-ci maddə işləyəcək. Bu, kabus ssenarisinə gətirib çıxara bilər. NATO birbaşa müharibəyə cəlb olunacaq və Rusiya ilə həmsərhəd olan digər üzvlər isə potensial cəbhə xəttinə çevriləcək.
2. Ukraynanın NATO-ya daxil olmasına ehtiyac yoxdur
NATO artıq Ukraynaya sadiqdir. Ayrı-ayrı NATO üzvlərinin on milyardlarla avroluq hərbi və maliyyə yardımı ilə yanaşı, alyans humanitar və qeyri-hərbi yardımların çatdırılmasını koordinasiya edərək, Ukraynaya böyük dəstək verir. NATO baş katibinin keçmiş köməkçisi Ceymi Şi bildirib ki, Ukraynaya bütün bu silah tədarükü onun artıq NATO-ya üzv olmadan təhlükəsizlik zəmanətinə malik olmasıdır. Şi 1990-cı illərin sonlarında alyansın sülhməramlılar tərəfindən dəstəklənən Kosovanı misal gətirərək, “Bəzən NATO üzvlüyündən faktiki olaraq üzv olmadan da çoxlu fayda əldə edə bilərsiniz” deyə qeyd edib.
3. Ukrayna NATO-ya qoşulmağa hazır deyil
NATO-ya daxil olmazdan əvvəl ölkələr ilk növbədə müəyyən iqtisadi, siyasi və hərbi meyarlara cavab verməlidirlər. Bu, uzun bir yoldur, Kiyev siyasi institutlarının üzərində işləməlidir.
4. NATO üzvlərinin hamısına Ukraynanın təklifini dəstəkləmək çətindir
NATO qaydalarına görə, yeni üzvlər yalnız 30 üzvün hamısı razılaşdıqda qəbul edilə bilər. Kimsə razılaşmasa belə, bu, bütün prosesi əngəlləyə bilər. İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün bu çətinliklə üzləşdilər. Eynilə, Macarıstan da Ukraynanın üzvlük iddiası üçün problem yarada bilər.
5. Ukraynanın NATO-ya daxil olması Putinin təbliğat qələbəsi olacaq
Ukraynada müharibə başlayandan Putin Rusiyanın NATO tərəfindən təhdid edildiyi xəttini irəli sürür. O, Rusiyanı bu təhlükədən xilas etmək üçün mütəmadi olaraq Ukraynanın işğalına haqq qazandırır



Ukrayna NATO-ya üzv olacaq?
NATO: "Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq"
Moskvada ofisimizi yenidən açmağa hazırıq - NATO
Rusiya NATO ilə müharibəyə girəcək?
Baş katibdən NATO ölkələrinə Ukrayna ÇAĞIRIŞI
NATO-dan sanksiya açıqlaması
NATO-nun yeni baş katibi qadın ola bilər
NATO bizi düşmən kimi göstərmək istəyir- RUSİYA
Qərb Ukraynanı necə aldatdı? - Yaycı
NATO: "Ukraynaya ağır silahlar göndərin və dəstək formasını dəyişin"
Azərbaycan "NATO-Gürcüstan 2019 təlimləri"ndə iştirak edəcək
Zelenski yenidən müraciət etdi: NATO-ya qəbul olunmaq...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 