Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Dövlət başçıları – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşü Rusiyanın Soçi şəhərində baş tutacaq.
ONN media xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, oktyabrın 31-də Soçidə olacaq üçtərəfli sammit Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına gedən yolda irəliləyişə imkan verəcək.
“Mənim fikrimcə, Soçi görüşündə bütün məsələlərə toxunulacaq. Ümid edirik ki, bu görüş bir sıra məsələlər barədə, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”, – nazir müavini deyib.
Bundan əlavə, Rudenko ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının ehtimalı haqqında Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək vurğulayıb: “Görünür, onun belə danışması üçün hansısa əsasları var”.
Qeyd edək ki, Prezident Vladimir Putin Ermənistan və Azərbaycan liderlərini Rusiyada keçiriləcək üçtərəfli görüşə dəvət edib



Əliyev, Putin və Paşinyan görüşə bilər
Əliyev, Putin və Paşinyan arasında görüş BAŞA ÇATDI - YENİLƏNDİ
Soçidə üçtərəfli görüş başladı
Dünyanın gözü Soçidə: Üçtərəfli görüş nə vaxt başlayacaq?
Putin: "Brüssel görüşünədək nəticələrin əldə olunmasını istəyirik”
Əliyev, Putin və Paşinyan arasında görüş başladı
Bayramov və Mirzoyan arasında növbəti görüş keçirilib
Əliyev və Putin görüşü başladı
Putinin Paşinyanla ikitərəfli görüşü başa çatdı - YENİLƏNDİ
Bu gün Putin Paşinyanı qəbul edəcək
Moskvaya KRİTİK ZƏNG: Şarl Mişel Putindən Qarabağla bağlı nəyi xahiş edib?
İlham Əliyev və Paşinyan Moskvada görüşəcək? – AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 