Azərbaycanda orta aylıq pensiya artırılır.
ONN media xəbər verir ki, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Qeyd edilib ki, “Əmək pensiyaları haqqında “1-pensiya №li forma” statistik hesabata əsasən cari ilin 01 yanvar tarixinə ölkə üzrə orta aylıq pensiya məbləği 331,8 manat olduğu halda ilin I yarısında 36,2 manat və ya 10,9% artaraq 368,0 manat təşkil etmiş, artım pensiyanın hər 3 növü üzrə baş verib.
Cari ilin I yarısında yaşa görə pensiyalar 37,7 manat (10,4%), əlilliyə görə pensiyalar 31,8 manat (10,9%), ailə başçısını itirməyə görə pensiyalar isə 29,8 manat (10,3%) artmışdır ki, bu da minimum pensiya məbləğinin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və cari ilin 01 yanvar tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə maddi yardımın ödənilməsi hesabına baş vermişdir. Minimum pensiya məbləğinin daha yuxarı həddə çatdırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilin I yarısında həyata keçirildiyindən pensiya məbləğlərindəki nəzərəçarpacaq dəyişiklik bu dövrdə müşahidə edilmişdir. İlin II yarısında isə pensiya məbləğlərində kəskin dəyişiklik yarada biləcək halların gözlənilməməsi səbəbindən növbəti ilin əvvəlinə orta aylıq pensiya məbləğləri aşağı artımla proqnozlaşdırılmışdır.
Belə ki, növbəti ilin əvvəlində yaşa görə orta aylıq pensiyanın 0,1 manat azalması, əlilliyə görə orta aylıq pensiyanın 0,4 manat artması fonunda, ümumi orta aylıq pensiyanın 1,4 manat artaraq 369,4 manat həddində olması gözlənilir ki, bu da ailə başçısını itirməyə görə pensiya növündə gözlənilən artım ilə əlaqədardır



Pensiya alanlara ŞAD XƏBƏR
Pensiya alanlara şad xəbər- ARTIM VAR
ŞOK RƏQƏM: Azərbaycanda aylıq 18208 MANAT pensiya alan var
Azərbaycanda pensiya kapitalının məbləği artdı
Pensiyalar nə qədər artırılacaq?
Azərbaycanda pensiyalar ARTIB
Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
Yaşa görə pensiya 525 manata çatıb
Pensiyalar nə qədər artacaq?
Azərbaycanda pensiyaçıların sayı açıqlandı
Pensiya alanlara ŞAD XƏBƏR
Pensiya alanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 