İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verildiyi fikri həmişə olub. DTX-nın əməliyyatı zamanı ortaya çıxan fakt isə bunu təsdiqlədi:
- İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər. Çünki diplomatik toxunulmazlığı olduğu üçün səfirliyin avtomobilində yoxlama aparılmır və bu, onlara ölkəyə rahat gəlib-getmək, eləcə də istədiklərini daşımaq imkanı yaradır.
Söhbət “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasından gedir. İran kəşfiyyyatının yaratdığı qruplaşmanın “fikir ataları”ndan biri də Qasım Süleymani idi. Qruplaşmanın üzvləri Azərbaycanda konstitusiya quruluşunu devirmək üçün “silahlı müqavimət” hazırladıqlarını gizlətmirlər.
Bu planın İran tərəfindən dəstəkləndiyi bəllidir. İranın Azərbaycandakı səfirliyinin də planın içində olması, həm də təhlükənin miqyasından xəbər verir. Çünki heç kim zəmanət verə bilməz ki, səfirliyin yoxlanılmayan avtomobillərində təkcə təbliğat materialları yox, başqa şeylər də daşına bilər: planlaşdırdıqları “müqavimət” üçün silah-sursat, axtarışda olan şəxslər və s;
İran Azərbaycanda praktiki addımlarını, adətən təsir dairəsindəki qrupları üzərindən həyata keçirirdi. Lakin son illər bu qruplaşmalar böyük ölçüdə neytrallaşdırılıb. İstisna deyil ki, səfirlik də prosesə bundan sonra aktiv şəkildə qoşulub



Azərbaycan İranın diplomatlarını ölkədən niyə çıxarır?
İran səfirliyi Azərbaycan ordusunu təbrik etdi
İran səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
İrana getmək istəyənlərin nəzərinə - QAYDALAR DƏYİŞDİ
İran səfirliyi Azərbaycan xalqını təbrik edib
SEPAH Bakıya qarşı təxribat hazırlayır?- ŞOK İDDİA
Bu türk ölkəsində də İsrail səfirliyi açılır – İran narahatdır
İranın Suriyadakı bazası bombardman edildi
İranda səfirliyimizin açılacağı tarix bəlli oldu
İrandan Azərbaycana ŞUŞA TƏBRİKİ
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 