Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün ölkə mediasına müsahibəsində sensasion bir etiraf edib.
O, Qarabağ münaqişəsinin həll edildiyi barədə Azərbaycanın rəsmi mövqeyinə toxunub və deyib ki, əgər münaqişə bitibsə, onda niyə Qarabağda atəş açılır (“Azərbaycan ermənilərə atəş açır?”).
Məntiqlə, doğrudan da elədir: münaqişə bitibsə, Azərbaycan Ordusu Qarabağda niyə atəş açmalıdır?
Bu, əslində rəsmi İrəvanın hansı oyun oynadığını üzə çıxarır. Azərbaycanın Qarabağ bölgəsində, rus sülhməramlıların himayəsinə sığınan qanunsuz erməni silahlıları vaxtaşırı olaraq, məhz rus sülhməramlıları özlərinə sipər edərək, onların arxasından Azərbaycan Ordusunun mövqelərinə atəş açır və təxribatlar törədir. Məqsəd də odur ki, bu barədə məlumatları beynəlxalq qurumlara ötürsün və Qarabağda “atəş pozulduğu”, münaqişənin bitmədiyi haqda təəssürat yaratsın.
Xüsusi olaraq vurğulayaq ki, 10 noyabrda Paşinyan növbəti riyakar yalanını danışmış və Azərbaycan ərazisindən Ermənistan hərbi birliklərinin artıq çıxarıldığını, Qarabağdakı silahlıların isə “ermənilərə qarşı genosidin qarşısında əsas maneə” olan “özünümüdafiə dəstələri” olduğunu iddia etmişdi. Guya Azərbaycan Ordusunun qarşısında bir ovuc erməni silahlı terrorçu dayanırmış!
Bu gülünc yalanla Paşinyanın heç kəsi aldada bilməyəcəyi aydındır – çünki Azərbaycan Ordusunun qarşısında Ermənistan ordusu da, “müdafiəçilər” də, Suriyadan, Livandan gətirilən terrorçular da, Fransadan, Rusiyadan gələn “könüllülər” də 44 gün dayana bilmədi, darmadağın edildi. Bir ovuc silahlı-terrorçu Azərbaycan Ordusunun qarşısını ala bilər?
Əslində isə Paşinyan Ermənistan ordusunun hərbi birliklərini Qarabağda məhz təxribatlar üçün saxlayıb, onları maliyələşdirməklə məşğuldur. Təsadüfi deyil ki, Ermənistanın dövlət büdcəsindən Qarabağdakı məhz həmin terrorçu-silahlılara 288 milyon dollar ayrılması barədə növbəti dəfə qərar qəbul edildi.
Bu vəsaitin əhəmiyyətli hissəsinin məhz Qarabağdakı qanunsuz silahlı birləşmələrin maliyələşməsinə, hərbi texnikaya və silah alınmasına xərcləndiyi şübhəsizdir. Məkrli məqsəd və hədəflərini isə Paşinyan özü etiraf etdi.



Qarabağda atəş açılıb?- Rusiya MN
Paşinyan məğlubiyyətini xalqa belə ETİRAF ETDİ
SON DƏQİQƏ: Ordumuz ermənilərə atəş açıb?- Rəsmi
Paşinyandan ETİRAF: "Yüzlərlə hərbçimiz..."
Korona Qarabağda at oynadacaq... - Paşinyan
Paşinyan Azərbaycanın şərtlərini qəbul etdi?
Paşinyanın növbəti həyasızlığı
Paşinyan KTMT-ni sərhədə niyə “çağırmadığını” açıqladı
Ermənilərin Qarabağda ŞOK TƏXRİBATI: Rus əsgərlərini öldürək, Azərbaycanı...
Azərbaycan ordusu ermənilərə atəş açıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 