Fransa Prezidenti Emmanuel Makron Azərbaycan lideri İlham Əliyevə zəng etməyə niyə ehtiyac duyub? Axı Fransa televiziyasına verdiyi son müsahibədə Makronun qatı ermənipərəst mövqedən çıxış etməsi Azərbaycan-Fransa münasibətlərinə zərər vurub. Onun son açıqlamaları Fransanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik imkanlarını minimuma endirib…
ONN media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu dəyərləndirmə aparıb.
O bildirib ki, Makronu İlham Əliyevə zəng etməsinə bir neçə səbəb məcbur edib:
“Birincisi, son açıqlamalarıyla tərəfsizliyini ermənilərinə xeyrinə pozmasına baxmayaraq, Makron Ermənistanla Azərbaycan arasında vasitəçilikdən imtina etmək istəmir.
İkincisi, Makron telefonda da dediyi kimi, noyabrın 19-da Frankofoniya təşkilatının 18-ci zirvə görüşü çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan görüşəcək. O, bu barədə İlham Əliyevi məlumatlandırmağı lazım bilib. Makron sanki bununla demək istəyib ki, tərəflərdən biri ilə görüşürsə, o birisi ilə də dialoqu davam etdirməkdə maraqlıdır. Halbuki, Emmanuel Makron tərəfsizliyini yalnız ermənipərəst açıqlamalarla pozmayıb, iki dəfə Ermənistana səfər edib, Azərbaycana səfər etməməklə də pozub. Ona qədər Fransa prezidentləri Ermənistana səfər edəndə Azərbaycana da gələrdilər. Makron bu ənənəni Ermənistanın xeyrinə pozub.
Üçüncüsü, Makron böyük ehtimalla İlham Əliyevin Əlcəzairdə noyabrın 1-də Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısındakı çıxışından narahat olub. Azərbaycan prezidenti həmin çıxışında Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını və 1,5 milyon əlcəzairlini qətlə yetirdiyini bildirdi. Makron anlamamış deyil ki, o ermənipərəst mövqeyini gücləndirdikcə İlham Əliyev Fransanın Əlcəzairdəki “əməllərini” müxtəlif toplantılarda tez-tez xatırlayacaq. Əgər Makron və ətrafı Azərbaycan rəsmilərinin beynəlxalq toplantılarda Əlcəzairdəki “əməllərinin” ifşasını istəmirlərsə, ermənipərəst mövqelərini korrektə etməlidirlər. Bunun üçün birincisi, Emmanuel Makron açıqlamalarına diqqət yetirməli, Parisin tərəfsiz vasitəçi olmasını istəyirsə, balansı qorumalı, ikincisi Fransa parlamenti gələn həftə Azərbaycan əleyhinə qətnamənin qəbulundan vaz keçməlidir



Makron Əliyevə bununla bağlı məlumat verdi
Makron və Paşinyan yenidən görüşəcək
Makron İlham Əliyevə zəng edib
Makron İlham Əliyevə zəng etdi
Makron yenidən İlham Əliyevə ZƏNG ETDİ
Makron İlham Əliyevə zəng edib
Fransa Ukraynaya yardımı 2 milyarda çatdıracaq
Makron İlham Əliyevə zəng etdi
Şoltsun Əliyevə zəngi: makronluq etməyəcək
Paşinyanla Makron arasında QARABAĞ MÜZAKİRƏSİ
Makron növbəti istəyindən danışdı
Makron İlham Əliyevə zəng edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 