Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlığında bildirib.
“Məlumdur ki, yağışlı, çiskinli havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması, sürücülərin görmə məsafəsinin məhdudlaşması və digər əlverişsiz hava şərtləri yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır.
Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməlidir. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, piyadaların yağış suyu ilə isladılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır.
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik", - məlumatda vurğulanıb.



Yol polisindən yağışlı hava ilə bağlı xəbərdarlıq
DYP sürücülərə müraciət etdi
Sürücülərin DİQQƏTİNƏ!
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət
DİN sürücülərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
DYP hava ilə bağlı xəbərdarlıq etdi
DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ
DYP hava şəraiti ilə bağlı müraciət etdi
Hava ilə bağlı yol polisindən müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 