Noyabrın 20-dən Azərbaycan mediasında İran İslam Respublikası ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Qafqazdakı hadisələr, İran və Azərbaycan Respublikası əlaqələri ilə bağlı fikirləri paylaşılır. Adam az qala Azərbaycan üçün can qoyacaq bir fədai kimi zühur edir önümüzdə. Hələ lap uzağa gedərək Azərbaycan xalqını “gözünün nuru” adlandırır:
“Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur. Xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır.
“İran İslam Respublikası bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir.
“Arazın Quzeyindəki Azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da biz sərhədləri aradan qaldırıb hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir, bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq . İran bu gün elə bir qüdrətə malikdir ki, düşmənləri, o cümlədən Amerika və sionizm onunla hesablaşır. Lakin qüdrətimiz dostlarımıza deyil, düşmənlərimizə, Azərbaycanın düşmənlərinə və qonşu dövlətlərin düşmənlərinə qarşıdır”.
Yox əşi! Uşaqlıqda birisi zilə çıxanda, dərinə gedəndə, göz görə-görə yalan danışanda, “aldatdım deməzsən” deyə soruşardıq. İndi uşaq olmasaq da, bizə bu sözləri deyənin də uşaq olmadığını bilsək də eyni sualı ona yönəldirik: aldatdım deməzsən?
Adam elə danışır ki, sanki Azərbaycan Respublikasını “Bakı Respublikası”, “İranın Quzeyi” adlandıran bunlar deyil! Bilməsək bunun bu əllaməliyinə inanacaqdıq az qala!
Farsa, İranı idarə edən molla rejiminə əsla və əsla inanmaq olmaz! Çünki bunlarınkı “əba altından zopa”dır. Yəni üzdə bir şey deyərlər, arxada başqa əməl törədərlər. Ona görə də farsın şirin dilinə aldanmaq olmaz.
Hələ nəzərə alaq ki, uzun illərdir rəsmi Tehran “Səhər” adında bir TV kanalı açıb Azərbaycan Respublikasına zəhər qusmaqla məşğuldur. Bu gün o fəaliyyət dayanıbmı? Təbii ki, yox! Elə bu fars mollası “gözünün nuru” adlandırdığı Azərbaycan Respublikasına Tehran adından kin qusan bu kanalın fəaliyyətini niyə dayandırmır?
Adam hələ utanmadan deyir ki, “Azərbaycanın düşmənlərinə qarşıdır”mış… Yapma, yavrum, yapma. Bəs bir ay öncə Azərbaycanın açıq-aşkar düşməni olan Ermənistanda inək tövləsinə oxşar bir yerdə tez-tələsik konsulluq açan siz deyildinizmi? Necə oldu da Azərbaycanın düşməninin ayağına qədər gedib onu qucaqladınız?
Bəs ikinci Qarabağ savaşı günlərində işğalçı Ermənistana verdiyiniz açıq dəstək necə? Onu da unutduğumuzu sandınız?
Yaxud da 30 ilə qədər davam edən işğal dövründə Ermənistanla əlbir olub Azərbaycan torpaqlarını talan edən siz deyilmiydiniz?
Azərbaycanın Ermənistanın işğalı altındakı torpaqlarında uyuşdurucu yetişdirib dünyaya yayan da bəlkə siz deyildiniz?
Hələ Arazın o tayında tez-tələsik sınıq-salxaq texnika ilə hərbi təlimlər keçməklə Azərbaycan Respublikasına “əzələ nümayiş etdirdiyini” sanan da siz deyildiniz də bəs kim idi?
Bütün bunlar bir yana, 45 milyona qədər İran vətəndaşı türkün ana dilində təhsilini yasaqlayan, milli mədəniyyətini ayaqlar altına atan da sizsiniz axı!
Üstəlik Tehrandakı Azərbaycan səfirliyi önünə ikidə bir təxribatçı qruplar göndərib qarğa-quzğun kimi qaraqışqırıq salmağınızı demirik!
Din, məzhəb adına Azərbaycan Respublikasına cəhalət ixracınız da öz yerində!
Yəni sizin “gözümün nuru” dediyiniz Azərbaycan xalqına həm o tayda, həm də bu tayda Ermənistandan da artıq düşmən kəsildiyinizi görmürükmü sandınız?
Aldanmarıq sizin “şəkər dilinizə”, aldanmarıq!
Ox yaydan çıxıb və yalnız o halda Azərbaycan Respublikası İranla doğrudan da dostlaşa bilər ki, Güney Azərbaycan Cümhuriyyəti qurulsun, müstəqil dövlət kimi Tehran tərəfindən tanınsın və qarşılıqlı sülh sazişi imzalansın! Hə, onda Tehran Respublikası ilə Azərbaycan Respublikası, eləcə də Güney Azərbaycan Cümhuriyyəti bərabərhüquqlu qonşular kimi anlaşa bilər!
Yoxsa…
Yoxsa aldanmayaq farsın şirin dilinə, aldanmayaq…// Bayraqdar.info
Yazar Azər Həsrət



İran diplomatından Azərbaycanla bağlı cəfəng iddia
İran Azərbaycanla sərhəddi bağlayıb?- SƏFİRLİK AÇIQLADI
İrana getmək istəyənlərin nəzərinə - QAYDALAR DƏYİŞDİ
İran səfiri XİN-ə çağırıldı- SƏBƏB NƏDİR?
İlham Əliyev Zəngəzurla bağlı fərman imzaladı
İranın Xarici İşlər nazirinin müavini Azərbaycana gəlir
Cavad Zərifin Azərbaycana səfəri başladı
Bu gün Azərbaycanla İran arasında yeni sənəd imzalanacaq
Azərbaycan koronavirusla mübarizə üçün İrana 5 milyon dollar yardım göstərəcək
SON DƏQİQƏ: Azərbaycan İrana nota verdi
Bu şəxslərin Azərbaycana uçuşuna icazə verildi
Azərbaycan İrana səfər etmək istəyənlərə müraciət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 