"Erməni silahlılarının Şuşa şəhərini atəşə tutması Azərbaycanı bundan sonra daha ciddi və təsirli tədbirlər görməyə vadar edir. Bir neçə gün ardıcıl olaraq Rusiyalı sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən Azərbaycan Ordusunun mövqelərinə atəş açılması, Ermənistan tərəfinin 10 noyabr 2020-ci ildə imzalanan birgə bəyanatın şərtlərini yerinə yetirməkdən imtinası kimi dəyərləndirilməlidir”.
ONN media xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Erməni separatçılarının Şuşanı və digər ərazilərimizi atəşə tutmasına münasibət bildirən ekspertin fikrincə, Azərbaycan Ordusunun şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradan istənilən düşmən mövqeyi darmadağın edilməlidir:
“Eyni zamanda, həmin mövqelərdə Azərbaycan Ordusunun şəxsi heyəti yerləşməlidir. Düşmənin təxribat törətdiyi bütün nöqtələr zərərsizləşdirildikdən sonra orada Azərbaycan Bayrağı qaldırılmalıdır. Zərurət yarandığı təqdirdə, erməni silahlıların tam şəkildə Qarabağdan təmizlənməsi üçün daha genişmiqyaslı fəaliyyətlərin həyata keçirilməsi artıq zərurətə çevrilib.
Nə qədər ki, Rusiya sülhməramlıları Qarabağdadır, erməni yaraqlıları Qarabağda bir o qədər təxribat törətməkdə davam edəcəklər. Başqa sözlə desək, hazırda baş verən proseslərdə günahın bir hissəsi Rusiya sülhməramlı kontingentinin komandanlığının üzərinə düşür. Onlar Qarabağdan erməni silahlılarını çıxarmaq əvəzinə, ermənilərin zəmanətçisi rolunu vəzifə seçiblər. Bu isə Azərbaycan tərəfindən qəbul edilə biləcək hal deyil. Hesab edirəm ki, mümkün olan ən yaxın perspektivdə Azərbaycan qəti addımlar atacaq”



SON DƏQİQƏ: Şuşa yenə atəşə tutuldu
SON DƏQİQƏ: ermənilər Şuşanı atəşə tutdu
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
Mövqelərimiz yenidən atəşə tutuldu
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
Mövqelərimiz yenidən atəşə tutuldu
Ordumuz bir neçə yeni mövqe əldə edib- Hərbi ekspert
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
Ordumuzun mövqeləri atəşə tutuldu
Ordumuz 12 dəfə atəşə tutuldu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 