Xəzər dənizinin Dağıstan sahillərində təxminən 650-700 ölü suiti tapılıb.
ONN media xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Xəzər dənizinin sahilində, Mahaçqala şəhərinin Kirovski rayonunda, neft bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə 650-700 suiti cəsədi aşkar edilib. Tapılan cəsədlərin sayı arta bilər. Ölüm səbəbləri hələ müəyyən edilməyib”, - agentliyin “Telegram” kanalında bildirilir.
Bildirilir ki, idarənin müfəttişləri respublikanın hər yerində Xəzər dənizinin sahillərində kəşfiyyat işlərini davam etdirirlər.
Xəzər Elmi-Tədqiqat Balıq Təsərrüfatı İnstitutunun Volqa-Xəzər bölməsinin mütəxəssisləri suitilərin ölüm səbəblərini müəyyən etmək üçün artıq məlumat toplamağa başlayıb.



Xəzər sahilində yenidən suiti cəsədi aşkarlandı
Xəzər sahilində 131 ölü suiti tapıldı
Novxanı sahillərində suiti cəsədləri aşkarlandı
Pirşağı sahilində 10-a yaxın ölmüş suiti aşkarlandı
Xəzərdən kişi meyiti tapıldı
Xəzər dənizi sahilində 127 qanunsuz tikili müəyyən edilib
Xəzər “donur”: Anomal qalınlıqda buz tapıldı
Xəzər dənizində aşkarlanan minalar zərərsizləşdirildi
Hövsan sahilində balıqlar niyə kütləvi şəkildə ölür?
Xəzərin sahili buz bağlayıb
Xəzər dənizinin suyu azalır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 