Ötən gecə Kürdəmirdə 2 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ONN media xəbər verir ki, rayonun Yenikənd kənd sakini, 1993-cü il təvəllüdlü Abdulla Təvəkkül oğlu Qubadovun idarə etdiyi "KİA" markalı avtomobil Kürdəmir-Ağsu yolunun Qarasaqqal kəndindən keçən hissəsində aşıb. Nəticədə sürücü və sərnişini 1988-ci il təvəllüdlü Ramai Durhəsən oğlu Daşdıyev aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb. "KİA"da olan daha 2 sərnişin: 1992-ci il təvəllüdlü Elmir Fərhad oğlu Nəbiyev və onun həmyaşıdı Mayıl Habil oğlu Manafov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin araşdırmalar zamanı məlum olub ki, qəzaya düşən 4 nəfər dost olublar. Avtomobili idarə edən A.Qubadov Moskvada yaşayan iş adamı Təvəkkül Qubadovun oğludur. O, dostları ilə birgə Şamaxıya gəzintiyə getmək üçün yola çıxıb. Belə ki, dağlıq rayonlara qar yağdığını öyrənən dostlar birgə yola çıxaraq həmin rayonlarda istirahət etmək və fotolar çəkdirmək qərarına gəliblər. Lakin avtomobillə yaşadıqları ərazini tərk edərkən avtomobil qəzaya uğrayıb.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir



Ucarda 2 avtomobil toqquşub, üç nəfər xəsarət alıb
İmişlidə AĞIR QƏZA: “QAZ-24” yük maşınıyla toqquşdu, 8 nəfər...
Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİB
Saatlıda AĞIR QƏZA: 4 nəfər...
Hacıqabulda ağır qəza: 4 nəfər yaralandı
Azərbaycanda ağır yol qəzası - ÖLƏN VAR
DYP hərbçilərin öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI- ADLAR AÇIQLANDI
Kürdəmirdə yol qəzası: Avtomobil aşıb, yaralananlar var
Qusarda toy karvanında FACİƏ: 1 ölü, 3 yaralı
Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü...
Göyçayda yol qəzası baş verib- YARALANANLAR VAR
Ağdaşda YOL QƏZASI - 3 nəfər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 