Azərbaycanda 1, 3, 5 və 10 qəpik kimi xırda pulların dövriyyəsində müəyyən problemlər müşahidə olunur. Bu qəpiklərdən istifadə, demək olar ki, mümkünsüz olub.
ONN media xəbər verir ki, mağazalarda bir çox insan onlara 1, 3 və 5 qəpikliklər qalıq kimi veriləndə bundan imtina edir. Bir sözlə, vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyirlər.
Məsələ ilə bağlı açıqlama verən Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib ki, denominasiya tədbirləri çərçivəsində tədavülə 1 yanvar 2006-cı ildən etibarən 6 nominalda metal pul nişanları buraxılıb:
"Metal pullardan 1, 3 və 5 xırda, 10, 20 orta və 50 qəpiklik yüksək nominallı pul nişanlarıdır. 2021-ci ildə metal pul nişanları 4.4%, xırda nominallı metal pul nişanları isə 10.3% artmışdır. Cari ilin 11 aylıq göstəricilərinə əsasən isə metal pul nişanları 4.5%, xırda nominallı metal pul nişanları isə 9.6% artıb.
Tədavüldə xırda nominallı pul nişanlarına tələbin səbəbi bu pul nişanlarının qiymətlərin formalaşmasında istifadəsi və pərakəndə ticarətdə onlardan geniş istifadənin hələ də qalmasıdır. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank tərəfindən mövcud xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır".
Həmçinin qeyd edilib ki, beynəlxalq təcrübədən irəli gələrək 1 manatlıq kağız pul nişanlarının metal pulla əvəz olunmasının iqtisadi və sosial qiymətləndirilməsi həyata keçirilib və hazırda 1 manatlıq kağız pul nişanının metal pulla əvəz edilməsi də nəzərdə tutulmur.



Yeni qəpiklər tədavülə buraxıldı
5 qəpiklik metal pul nişanları yeniləndi
Azərbaycanda yeni pul vahidləri tədavülə buraxılır
Mərkəzi Bankdan 500 manatlıqlarla bağlı - Açıqlama
Azərbaycanda yeni pullar dövriyəyə buraxılır
Yeni 20 manatlıq pul nişanı tədavülə buraxıldı
Yeni 10 manatlıq əsginaslar BELƏ OLACAQ
Saxta manatı əslindən necə fərqləndirək?
Manatın 29 yaşı tamam oldu
Mərkəzi Bankdan pul nişanları ilə bağlı AÇIQLAMA
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan HƏCMİ AÇIQLANDI
Heydər Əliyevlə bağlı pul nişanları satışda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 