Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto Qətərdə keçirilən dünya çempionatında baş tutan oyundan sonra yaşanan hadisəyə görə azarkeşdən üzr istəyib.
ONN media xəbər verir ki, onun bəyanatı çərşənbə axşamı “Instagram” hesabında dərc olunub.
“Dekabrın 5-də Braziliya - Cənubi Koreya matçından sonra, ehtimal ki, əlcəzairli azarkeş olan bir şəxslə mübahisə etdim. Özümü itirdiyimə və xarakterimə uyğun olmayan reaksiya verdiyimə görə üzr istəyirəm. Bu xoşagəlməz hadisəyə görə ictimaiyyətdən üzr istəyirəm”, - Eto'O yazıb.
Kamerun federasiyasının rəhbəri əlavə edib ki, bu hadisə martda Kamerun və Əlcəzair (2:1) arasında keçirilən dünya çempionatında oynamaq hüququ uğrunda pley-off cavab oyunu ilə bağlıdır.
“Eyni zamanda, söz verirəm ki, bəzi əlcəzairli azarkeşlərin amansız təxribatlarına və təqiblərinə müqavimət göstərməyi davam etdirəcəyəm. Həqiqətən də 29 martda Kamerun - Əlcəzair oyunundan sonra heç bir sübut olmadan təhqirlərə və saxtakarlıqla bağlı ittihamlara məruz qaldım. Qətərdə keçirilən bu dünya çempionatı zamanı, kamerunlu azarkeşlər eyni məsələ ilə bağlı əlcəzairlilər tərəfindən sıxışdırılıb. Əlcəzair Futbol Federasiyası tərəfindən səlahiyyətli orqanlara edilən bütün müraciətlər rədd edilib. Əlcəzair rəhbərliyini və Futbol Federasiyasını bu qeyri-sağlam vəziyyətə son qoymağa çağırıram”, - futbolçu qeyd edib.
Xatırladaq ki, Kamerun millisi cari dünya çempionatının qrup mərhələsindən sonra mübarizəni başa vurub



DÇ 2022: Bu gün qrup mərhələsinə yekun vurulacaq
DÇ-2022: Qrupların tərkibi dəqiqləşib
DÇ 2022: Bu gün bu komandalar mübarizəyə başlayır
DÇ-2022-nin təqvimi dəqiqləşib
Qurban Qurbanov vəziyyətlə bağlı açıqlama verdi
DÇ 2022: İsveçrə Kameruna qarşı
Əlcəzairli qadın boksçu əslində kişidir?
Ərdoğan və İlon Mask arasında görüş olub
Prezident əlcəzairli həmkarını təbrik edib
"Qızıl Top" a namizəd kim olacaq?
Mərakeş İspaniyaya qalib gələrək 1/4-ə finala yüksəldi
Hikmət Şikarov Dünya Alpaqut Federasiyasının vitse-prezidenti seçilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 