Rusiyanın Ryazan şəhərində ikimərtəbəli evdə məişət qazı sızması nəticəsində partlayış baş verib.
ONN media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Partlayış nəticəsində ev qismən uçub, dağıntılar altında insanların qaldığı bildirilir.
Ərazidə xilasedici qruplar çalışır.