Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür kömək göstərməyə hazırdır.
ONN media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
"Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, o cümlədən Rusiya ərazisində yüksək səviyyəli üçtərəfli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı razılaşdırılmış və uzunmüddətli həll yollarının axtarışını tələb edir”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi heç də həmişə faydalı olmur:
"Biz, həmçinin, iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında müntəzəm təmaslara hazırlaşırıq. Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək üçün nəzərdə tutulub".
Onun sözlərinə görə, Soçidə keçirilən sammitdə dəstəklənən üçtərəfli parlamentlərarası dialoq da bu prosesə öz töhfəsini verə bilər.
"Müvafiq görüşlərin vaxtı yaxın zamanlarda açıqlanacaq", - deyə Qonçar əlavə edib.



Bakı-İrəvan görüşünü təşkil etməyə hazırıq
Rusiya XİN-dən AÇIQLAMA: Azərbaycan və Ermənistan ictimaiyyəti arasında...
Lavrov Azərbayan-Ermənistan sərhədlərinin delimitasiyasından danışdı
Rusiya Qafanda nə zaman konsulluq açır?
Rusiya XİN xüsusi nümayəndə təyin edib
İlham Əliyev İqor Xovayevi qəbul etdi - YENİLƏNDİ
Üçtərəfli görüş nə vaxt keçirilə bilər?
Rusiyadan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı AÇIQLAMA
Mirzoyan və Xovayev arasında Ermənistan və Azərbaycan müzakirəsi
Lavrovdan sərhəd açıqlaması: Putinin təşəbbüsü ilə...
İlham Əliyev: "Sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamağa hazırıq”
Erməni təxribatına Rusiyadan reaksiya
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 