Müdafiə Nazirliyi ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlunun bəzi elektron kütləvi informasiya vasitələrində “Müharibə Veteranı” adının verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Nazirlikdən ONN media-ya verilən məlumatda qeyd edilib ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlu Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaqda yerləşən hərbi hissədə xidmət etmişdir. Bu səbəbdən Ə.Əliyevə “Müharibə veteranı” adının verilməsinin Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə zidd olması barədə onun özünə bildirilmişdir. Lakin Ə.Əliyev və onun kimi bir neçə vətəndaş internet üzərindən məsuliyyəsiz çıxışları ilə ictimaiyyətdə çaşqınlıq yaradaraq aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin qeyri-qanuni həllinə nail olmağa çalışırlar.
"Müdafiə Nazirliyinin dəfələrlə müraciət etməsinə baxmayaraq bəzi internet media saytlarının əməkdaşları müvafiq qanunvericiliyin tələblərini bilmədən, əsassız iddiaları dəqiqləşdirmədən ictimai müzakirəyə çıxarmaqla Müdafiə Nazirliyinin işgüzar nüfuzuna xələl gətirməyə cəhd edirlər.
Müdafiə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada verilən cavabla qane olmayan bəzi vətəndaşların qeyri-peşəkar kütləvi informasiya vasitələrindən sui-istifadə edərək əsassız iddialarına haqq qazandırmağa çalışmaları təəssüf doğurur", - məlumatda bildirilir



MN: 76 min nəfərin adı portala daxil edilib
Elvinin veteran təqaüdü niyə dayandırılıb?- RƏSMİ
Bu şəxslər müharibə veteranı statusu aldı
Daha iki qurumun hərbçilərinə “Müharibə veteranı” adı verildi - RƏSMİ
Prezident “Müharibə veteranı” adının verilməsi ilə bağlı sərəncam imzaladı
Daha 5 min nəfərə "Müharibə veteranı" adı veriləcək
İlhan Əliyev sərəncam imzaladı
Onlara müharibə veteranı adı və vəsiqə veriləcək - RƏSMİ
Prezident onları TƏLTİF ETDİ - SİYAHI
Bu şəxslərə Prezident təqaüdü təyin edildi
İki hərbi qulluqçumuz vəfat etdi
Nazirlər Kabinetinin bu qərarlarında dəyişiklik edildi
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı 