Dövlət Miqrasiya Xidməti Bakıda dilənçiliklə məşğul olan pakistanlı və hindistanlıların sayının artmasına münasibət bildirib.
Xidmətdən bildirilib ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən Azərbaycana gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar.
“Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır.
Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür”, - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib.



Qanunsuz yaşayan 170 əcnəbi saxlanıldı
Azərbaycanda daha 143 miqrant saxlanıldı
Azərbaycanda yaşayan əcnəbilərə XƏBƏRDARLIQ
DTX və DMX birgə əməliyyat keçirdi: saxlanılanlar var
Azərbaycanda 223 əcnəbi tutuldu
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə mindi
Qanunsuz yaşayan 138 əcnəbi saxlanıldı
Son 3 gündə 83 miqrant saxlanılıb
Azərbaycanda 21 mindən çox əcnəbi miqrasiya qanunvericiliyini pozdu
Azərbaycanda 68 miqrant saxlanılıb
2 gündə ölkədə 57 əcnəbi saxlanılıb
İlham Əliyev daha bir sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 