Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən fasiləsiz dinc aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır.
ONN media xəbər verir ki, ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Monitorinq qrupuna şəraitin yaradılmaması aksiya iştirakçılarını təbii ki, qane edə bilməzdi və onlar tələbləri yerinə yetirilməyənə qədər buradan çəkilməyəcəklərini bildirirlər.
Dinc aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.
Dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Laçın yolundakı aksiya ilə bağlı son durum necədir?
Laçın yolundakı aksiyanın 25-ci günü
Aksiyanın 5-ci günü- SON DURUM NECƏDİR?
Etiraz aksiyasının 4-cü günü- Son durum necədir?
Laçın yolundakı aksiya 40 gündür davam edir
Laçın yolundakı aksiya ilə bağlı son durum necədir?
Laçın yolundakı aksiya 46 gündür davam edir
Laçın yolundakı aksiyanın 26-cı günü
Laçın yolundakı aksiya ilə bağlı son durum necədir?
Etiraz aksiyasının 27-ci günü: Hələ də davam edir
Laçın yolundakı aksiyanın 44-cü günüdür
Laçın yolundakı aksiya 52 gündür davam edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 