İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavinləri təyin olunub.
ONN media xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elnur Bağırov, Cəfər Babayev və İlqar Həsənov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavinləri təyin olunub.
Elnur Bağırov Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 1995-ci ildə “Philip Morris” şirkətində başlayıb, “Koca-Kola”, “İmperial Tobacco” kimi şirkətlərdə rəhbər vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
İxtisasca hüquqşünas olan Cəfər Babayev Bakı Dövlət Universitetində Beynəlxalq hüquq, “Chevening” Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində Beynəlxalq iqtisadi hüquq, həmçinin İspaniyanın “İE Biznes” Məktəbində MBA üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 2002-ci ildə “Baker & Mckenzie - Cis Ltd” şirkətində hüquqşünas olaraq başlayıb. Cəfər Babayev bir sıra təşkilat və özəl şirkətlərdə hüquq, biznesə dəstək, korporativ idarəetmə üzrə müxtəlif vəzifələri icra edib. 2021-ci ildən yeni vəzifəyə təyin edilənədək isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.
İlqar Həsənov təhsilini Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə alıb, York Universitetinin “Schulich” Biznes Məktəbinin məzunudur. Müxtəlif özəl şirkətlərdə iqtisadçı, direktor, eləcə də müstəqil biznes məsləhətçisi olaraq çalışıb. 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edib.



Prezident Məmməd Abbasbəyliyə yüksək vəzifə verdi
ATV-nin daha bir əməkdaşı nazirlikdə vəzifəyə təyin edildi
Azərbaycanda 36 yaşlı hüquqşünas nazir müavini təyin edildi
Azərbaycanda "Wolt”la bağlı araşdırmalara başlanıldı
Təhsil Nazirliyi daha bir rəsmi məlumat yaydı
Dövlət Agentliyinə yeni rəhbər təyinatı olacaq
Məşhur aparıcıya nazirlikdə VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycanda yeni agentlik yaradıldı
Azərbaycanda Trendyol qadağan olunacaq
Bu binalarda qaz sayğacları pulsuz quraşdırılacaq
Yeni yaradılan qurumun direktoru kimdir?
Elmar Məlikov yeni vəzifəyə təyin edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 