"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.
AZAL-dan ONN media-ya verilən məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) nömrəli reyslər dekabrın 19-u yerli vaxt ilə saat 16:00-da həyata keçiriləcək. Bununla yanaşı, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) nömrəli reyslər bu gün yerli vaxt ilə saat 18:20-da həyata keçiriləcək.
Sözügedən reysin sərnişinləri AZAL-ın ən böyük geniş gövdəli təyyarəsi “Airbus A340” ilə Naxçıvan hava limanına yola düşəcəklər.
"Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar", - məlumatda deyilir.
AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.
Məlumatda xüsusilə qeyd edilir ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.



Bakı-İstanbul reyslərinin sərnişinləri yola salındı
AZAL reyslərlə bağlı məlumat yaydı
Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlar dayandırıldı
Naxçıvana uçan təyyarə Bakıya geri qayıtdı
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
Bakı-Naxçıvan təyyarəsi geri dönüş etdi
AZAL-ın təyyarəsi tufana görə GERİ QAYITDI
Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı
Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakı-Moskva təyyarəsi yarı yoldan niyə geri qayıtdı?
Bakıdan Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL Rumıniyadan növbəti təxliyə reysi həyata keçirəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 