“Bakı Dövlət Universitetinin (BDU) diplomunu Vasif Talıbova mən verməmişəm”.
ONN media xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bildirib.
O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova BDU-nun saxta diplomunu verməsi barədə deyilənlərin doğru olmadığını vurğulayıb.
“Mən BDU-da rektor olan zaman 15-16 fakültə, minlərlə tələbə olub. Tələbə təhsil alır, sonra ona diplomu müəssisə verir, rektor diplom vermir. Məncə, Vasif Talıbov universiteti bitirəndə mən artıq təhsil naziri idim. Ona görə də bu iddialar əsassızdır. Kimin dərsdə iştirak edib-etmədiyini də rektor bilə bilməz, 15 min tələbənin davamiyyətini mən necə izləyə bilərəm? Bu cür söhbətlərin olmasının heç bir mənası yoxdur”, - Misir Mərdanov əlavə edib.
Qeyd edək ki, ötən gün Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verən Vasif Talıbovun diplomunun saxta olduğu deyilir. Məlumata görə, o, BDU-da hüquqşünaslıq ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə ali məktəbi bitirib. V.Talıbov həmin illərdə Azərbaycan Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.
İddia olunur ki, V.Talıbov saxta diplomu M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.
Məlumat üçün bildirək ki, 25 mart 1998-ci ildə təhsil naziri təyin olunan Misir Mərdanov 2013-cü ilin 19 aprelinə qədər bu postu tutub



Vasif Talıbova AĞIR İTKİ
Seymur Talıbov 15 yaşında necə tələbə olub?
Vasif Talıbov istefa verib?- Köməkçisi açıqladı
Vasif Talıbovun oğlu vəzifəsindən azad olunub?
Vasif Talıbova daha bir zərbə
Talıbovun maşınları villasından təcili daşındı
Vasif Talıbovun oğlu ilə bağlı ilginc faktlar
Vasif Talıbovun qardaşı vəzifəsindən azad olundu
Prezident Vasif Talıbova “Şərəf” ordenini təqdim etdi
Vasif Talıbovun qızı vəzifəsindən azad edildi
Talıbovlar ailəsi nədən narahatdır?- Mülklər satılır
SON DƏQİQƏ: Vasif Talıbovun istefa xəbəri yayıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 