Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicə üçün körpə aparılıb.
ONN media xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynləri 1987-ci il təvəllüdlü Aleksey Xalatryan, 1979-cu il təvəllüdlü Ararat Balayanın komitənin əməkdaşlarının müşayiəti ilə 1 ədəd ambulans və 2 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.
Müraciətdə bildirilib ki, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 13 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.



Daha 4 maşın Xankəndiyə buraxıldı
BQXK-yə məxsus 13 maşın Laçın yolundan keçdi
Xankəndidən daha 15 xəstə İrəvana aparıldı
Xankəndidən daha 9 xəstə İrəvana aparıldı
Xankəndidən daha 12 xəstə İrəvana aparıldı
Daha 20 maşının keçidinə şərait yaradıldı
Daha 9 erməni xəstə Xankəndidən aparıldı
Daha 10 erməni xəstə Xankəndidən aparıldı
Sülhməramlılar daha bir karvanın keçidinə icazə verdi
Laçın yolunda son durum necədir?
Sülhməramlıların maşını nə üçün Laçına keçdi?
Sülhməramlıların 50 avtomobili maneəsiz keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 