Biz Azərbaycan səfirliyinin açılmasını və İsrailə səfərinizi səbirsizliklə gözləyirik".
ONN media xəbər verir ki, bu fikir İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
Mətndə deyilir:
"Hörmətli Prezident Əliyev.
Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və qarşıdan gələn ildə Sizə xoşbəxtlik və cansağlığı arzulayıram.
Bu fürsətdən istifadə edərək, Azərbaycanın illər boyu qoruyub saxladığı adət-ənənə və dəyərlərə heyran olduğumu bildirmək istəyirəm. Azərbaycan müsəlman dünyasında yaranan ilk demokratik respublikadır və möhtəşəm ölkəniz regional liderdir.
Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan vətəndaşların harmoniya və qarşılıqlı hörmət şəraitində birgəyaşayışı məni xüsusilə heyran edir. Ölkəniz bütün dinlərin nümayəndələrinin sülh və əməkdaşlıq şəraitində birgə yaşamasının dünyaya parlaq nümunəsidir. Novruz, Hanuka, Milad və Yeni İl bayramlarının qeyd olunması bu inklüzivliyə və anlaşmaya sadiqliyin sübutudur.
Mən, həmçinin Zati-aliniz və hökumətiniz tərəfindən Azərbaycandakı yəhudi icmasına göstərilən dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Siz İsrail Dövlətinin və yəhudi xalqının dostusunuz, biz Azərbaycanın səfirliyinin açılmasını və İsrailə səfərinizi səmimi münasibətlərimizin daha da möhkəmlənməsi baxımından səbirsizliklə gözləyirik.
Zati-aliləri, bu il doğum gününüzün nur və firavanlıq rəmzi olan Hanuka bayramı günlərinə təsadüf etməsi xüsusilə əlamətdardır. Bu münasibətlə bir daha səmimi təbriklərimi və qarşıdan gələn ildə xoşbəxtlik və cansağlığı diləklərimi qəbul etməyinizi xahiş edirəm



Mirziyayev İlham Əliyevə məktub göndərib
Kral və Kraliça Prezidenti təbrik etdi
Həsən Ruhani İlham Əliyevə məktub ünvanladı
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə məktub göndərdi
İsrail prezidenti İlham Əliyevə məktub göndərdi
Vladimir Putin İlham Əliyevə məktub göndərdi
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Putin İlham Əliyevə məktub göndərdi
Nazarbayev İlham Əliyevə məktub göndərdi
Prezident İlham Əliyev İsrailə səfərə dəvət olundu
İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Pakistan Prezidenti İlham Əliyevə məktub göndərdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 