Respublika Klinik Xəstəxanasına yeni direktor təyin olunub.
ONN media xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, tibb müəssisəsinin direktoru vəzifəsini ortoped-travmatoloq Elviz Qasımov icra edəcək. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov yeni direktoru bu gün kollektivə təqdim edib.
Qeyd edək ki, E.Qasımov təyinatından əvvəl Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini bitirib. Daha sonra Mərmərə Universiteti Xəstəxanasında Ortopediya və travmatologiya kafedrasında tibdə uzmanlıq təhsili alıb.
İxtisasca ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya şöbəsinin müdiri, Bakı Sağlamlıq Mərkəzində isə Ortopediya və travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərib.
Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.
Elviz Qasımov 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.



Bu instituta yeni təyinat olub
Vüqar Qurbanov 3 direktor təyin etdi
Səhiyyə Nazirliyində yerdəyişmə oldu- SİYAHI
Azərbaycanda məşhur klinikada YENİ TƏYİNAT
Azərbaycanda yeni mərkəz yaradıldı, rəhbər təyin olundu
TƏBİB-dən yeni təyinat
Bakıda məşhur xəstəxanaya yeni baş həkim təyin edildi
Eşqin Əliyev baş həkim təyin edildi
İlqar Mustafayevə yeni vəzifə verildi
Bakıda məşhur xəstəxana təmirə bağlanır? - RƏSMİ AÇIQLAMA
Perinatal mərkəzin direktoru işdən çıxarıldı
Azərbaycanda kəskin hava şəraiti beş nəfəri xəstəxanalıq etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 