Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər.
Bu barədə ONN media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
General-mayor P.Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.



Bu gün Polad Həşimovun doğum günüdür
Polad Həşimovun şəhid olmasının ildönümüdür
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Bakıda bu küçə və parka Polad Həşimovun adı verildi
Bu gün Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından iki il ötür
Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından üç il ötür
Türkiyədə küçəyə Polad Həşimovun adı verildi
Türkiyədə Polad Həşimov adına park açıldı
Polad Həşimov və İlqar Mirzəyevin ailəsinə Prezidentdən BÖYÜK QAYĞI
General Polad Həşimovun yerinə YENİ TƏYİNAT
Zakir Həsənov şəhid general və polkovnikin ailələrini ziyarət etdi
Bakıda Polad Həşimov parkı istifadəyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 