Diyetoloq, biokimyaçı Yekaterina Novikova qarın piylərini əridən ən effektiv üsulları açıqlayıb.
ONN media Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qarın piylənməsindən alma tipli bədən quruluşu olan insanlar daha çox əziyyət çəkir. Eləcə də beli 80 santimetrdən çox olan qadınlara və 95 santimetrdən yuxarı kişilərə təsir göstərir. Problemi özünüz müəyyən etmək üçün iki barmağınızla göbək ətrafındakı dərini tutmağa çalışın. Çox miqdarda qarın piyi olan insanlarda dəri nazik olmayacaq.
"Qarında yağların yığılmasının səbəbi həddindən artıq yemək, pəhrizdə şirin və yağlı qidaların üstünlük təşkil etməsidir. Həmçinin oturaq həyat tərzi, xroniki stress və yuxusuzluq da piylənməyə gətirib çıxarır.
Qarın yağlarıyla mübarizəyə başlamaq üçün şəkər və sadə karbohidratları pəhrizdən çıxarmaq lazımdır. Onların istifadəsi insulin səviyyəsinin artmasına və insulin müqavimətinin inkişafına səbəb olur. Bunun müqabilində biz pəhrizə çoxlu sayda nişastasız tərəvəz, sağlam yağlar və zülal daxil edirik", - həkim bildirib.
Bundan əlavə, həkim müntəzəm olaraq idmanla və ya hər hansı digər fiziki fəaliyyətlə məşğul olmağı, həmçinin stresdən uzaq durmağı məsləhət görüb. Novikova vurğulayıb ki, məhz stress kortizol istehsalına səbəb olur və iştahı idarə edən maddələr mübadiləsini pozur.⠀
Son nöqtə dəqiq yuxu rejimidir. Gündə ən az 7-8 saat, tam qaranlıq və sükutda yatmaq lazımdır. Tez yuxuya getmək və daha çox yatmaq üçün yatmazdan əvvəl gəzintiyə çıxmalı, rahatlaşdırıcı efir yağlarından istifadə etməli, vanna qəbul etməli və yatmazdan bir saat əvvəl qadcetlərdən imtina etməlisiniz



Qarındakı piylərdən bunlarla xilas olun
Qarın piylərini əridən EFFEKTİV ÜSUL
Bu sehrli içki qarın piylərini yox edir
Qarın piylərini sürətlə əridən qidalar - SİYAHI
Qarın üstə yatmaq niyə olmaz?
Bu şəxslərə şirniyyat yemək qadağandır
Qarın piylərini əritmək istəyirsiniz?- Effektiv üsul
15 gündə qarın piyini necə əridək?
Bu hormonların pozulması köklüyə səbəb olur
Mükəmməl bədənin 13 QANUNU
Xınalıq kəndinə 10 santimetrdən çox qar yağdı
Qarın piylərini əritmək üçün bu meyvəni yeyin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 