Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etməsini cənab Ərdoğanın apardığı telefon danışığının nəticəsi kimi dəyərləndirmək olar. Zelenski ilə aparılan telefon danışığı da Türkiyənin sülh istədiyini göstərir. Lakin qarşı tərəfdə müharibənin davam etməsini istəyən Avropa və ABŞ var.
ONN media xəbər verir ki, bu sözləri açıqlamasında Rəcəb Tayyib Ərdoğanın Putin və Zelenski ilə apardığı telefon danışığı haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.
Gökçə müharibənin yazın gəlişi ilə yenidən şiddətlənə biləcəyini qeyd edib:
“Zelenskinin ABŞ-a səfəri zamanı Bayden sülhün ancaq Ukrayna qələbə qazandıqdan sonra mümkün olacağını vurğuladı və 1,85 milyard dollarlıq yardım paketini açıqladı. Dolayısı ilə bir tərəfdə Ukraynaya silah yardımı edən ABŞ, İngiltərə və digər Avropa ölkələri, o biri tərəfdə qış şərtlərinə görə yenidən hazırlaşmaq üçün Dneprin cənubuna və şərqinə çəkilən Rusiya ordusu var. Eyni zamanda Rusiyada növbəti səfərbərlik dalğasının gözlənildiyi haqqında informasiyalar yayılır. Bütün bunlar mart ayının gəlişi ilə birlikdə müharibənin yenidən şiddətlənəcəyini deməyə əsas verir. Cənab Ərdoğanın apardığı danışıqlar isə ümumi mənzərəyə müsbət təsir etdi”.
Ekspert qeyd edib ki, Putin atəşkəs sərəncamını Rusiyanın sülh, ABŞ-ın isə müharibə istədiyini göstərmək üçün imzaladı:
“Fikrimcə, bütün hallarda Ukrayna ilə bağlı müsbət irəliləyişləri Türkiyənin növbəti diplomatik uğuru hesab etmək olar”.
Qeyd edək ki, Moskva və Bütün Rusun Patriarxı Kirill Milad bayramına görə 6-7 yanvar tarixlərində Ukraynada atəşkəs elan edilməsi üçün çağırış etmişdi. Ərdoğanla Putinin telefon danışığı da bu ərəfəyə düşüb.
Putin sözügedən tarix üçün atəşkəs göstərişi verib.



Ərdoğanla Zelenski arasında telefon danışığı oldu
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Ərdoğan və Putin arasında telefon danışığı olacaq
Putin və Zelenski telefonda danışdılar - SON DƏQİQƏ
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək
Zelenski Ərdoğanla nələrdən danışdı?
Ərdoğan və Zelenski arasında nə müzakirə olundu?
Zelenski və Ağ evdən telefon danışığı barədə AÇIQLAMA
Ərdoğanla Putin arasında telefon danışığı oldu
Ərdoğandan Putin və Zelenski ilə bağlı açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 