Kanada növbəti dəfə İrana qarşı sanksiyalar tətbiq etdiyini bəyan edib. Kanadanın xarici işlər naziri Melani Joli bildirib ki, İran hakimiyyəti kütləvi aksiya iştirakçılarına qarşı həddən artıq qəddar davranır və həbs olunanları edam edir.
ONN media Kanada Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, İranın 2 nəfər fiziki və 3 hüquq-mühafizə təşkilatına qarşı sanksiya tətbiq olunub. Bu təşkilatların nümayəndələri Kanadaya səfər edə bilməyəcəklər və onların Kanada banklarındakı aktivləri dondurulacaq.
Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniya İranda akkreditə olunan bəzi diplomatlarını geri çağırıblar. Dünən isə London, Paris və Avropa ölkələrinin bir sıra digər şəhərlərində İranda etiraz edənləri dəstəkləmək üçün aksiyalar keçirilib.
Ötən il sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin baş örtüyünü düzgün örtmədiyinə görə polis zorakılığına məruz qalaraq ölməsi İranda kütləvi etiraz aksiyalarına səbəb olub. Hakimiyyətin aksiya iştirakçılarına qarşı olduqca qəddar davranması və 500-dən çox etirazçının edam edilməsi vəziyyəti daha da gərginləşdirib. İran hakimiyyəti həm ölkə daxilində, həm də xaricdən güclü tənqidlərə və sanksiyalara məruz qalır.



Kanada İrana qarşı yeni sanksiyalat tətbiq edəcək
İrana qarşı yeni sanksiyalat tətbiq edildi
İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq
Kanada Rusiyaya sanksiya tətbiq etdi
Kanada vətəndaşlarını İrandan çıxmağa çağırdı
Daha bir ölkədən Venesuelaya ZƏRBƏ
ABŞ İranın kosmik agentliklərinə qarşı sanksiya tətbiq etdi
Çindən ABŞ və Kanadaya sanksiya
ABŞ -dan İrana qarşı növbəti sanksiya
ABŞ-dan İrana yeni sanksiya
İrana qarşı sanksiya paketi hazırlanıb
İrana qarşı yeni sanksiyalar elan edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 