Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar.
ONN media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində etiraz aksiyası barədə danışarkən söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib.
“Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Azərbaycanın məqsədinin blokada olmadığını vurğulayan dövlətimizin başçısı bildirib ki, bizim tələblərimiz tam ədalətlidir: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.



Hər hansı bir blokadadan söhbət gedə bilməz- İlham Əliyev
Laçın yolunda növbəti təminat maşınları keçdi
Laçın yolundakı aksiyanın 25-ci günü
Daha 4 maşın Xankəndiyə buraxıldı
Daha 20 maşının keçidinə şərait yaradıldı
Ceyhun Bayramov Laçın yolundakı aksiyadan danışdı
Laçın yolundakı aksiya 78 gündür davam edir
Prezident Hadrut əməliyyatından DANIŞDI: Onlar üçün gözlənilməz oldu
Xankəndi yolunda son vəziyyət necədir?
Sülhməramlıların maşını nə üçün Laçına keçdi?
Prezident elan etdi: Xankəndi yolu açıqdır
Laçın-Xankəndi yolundakı aksiyanın 116-cı günü...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 