Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı xəsarət alanların son durumu açıqlanıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.
“Həkimlərin dediyinə görə, hadisə zamanı xəsarət alan bir əməkdaşımızın əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb, ikinci yaralı əməkdaşımızın əməliyyatı isə davam edir. Həkimin rəyinə görə, ikinci əməkdaşın əməliyyatı daha iki saat davam edəcək və ümid edirik ki, əməliyyat başa çatdıqdan sonra onlar palataya köçürüləcək”, - Əli Əlizadə vurğulayıb.
Diplomat vurğulayıb ki, Azərbaycan İrandan bu terror aktları və onların nəticələrini təqib etməsini, bütün məsuliyyət daşıyanları həbs etməsini və müvafiq orqanlar adından bu hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən edilməsini və nəticələri Azərbaycan Respublikasına bildirməsini gözləyir.
“Biz bu hadisələri terror aktı kimi qiymətləndiririk, çünki iki ölkə arasında belə hadisələr gözlənilmirdi və bu hadisəyə görə çox təəssüflənirik”, - Azərbaycan səfiri qeyd edib.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar



Azərbaycanın terror hücumuna məruz qalan İrandakı səfirliyi nə zaman açılır?
Tehrandan səfirliyimizə hücumla bağlı gülünc açıqlama
Şəhidimiz dəfn edildi
Orxan Əsgərov Bakıda dəfn olunacaq
Orxan Əsgərovla vida mərasimi keçirilir
Şəhidimizin nəşi evinə aparıldı
Prezidentdən səfirliyimizə olunan hücuma reaksiya
İrandakı səfirliyimizin işçiləri Bakıya gətirilir
Türkiyə ordusu daha 4 terrorçunu MƏHV ETDİ
Təbriz universitetindən Bakıya qarşı jest
Pakistanda terror qurbanlarının sayı artdı
Mina partlayışı zamanı xəsarət alanların son durumu açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 