Yanvarın 28-də gecə saatlarında İranın bəzi hərbi obyektlərinə zərbələr endirildiyi bir vaxtda Güney Azərbaycanın Xoy bölgəsində baş verən 5,9 bal gücündə zəlzələ insan itkilərinə və ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanların sonrakı günlərdə də davam etməsi, eləcə də qarlı-şaxtalı hava şəraiti əhalinin durumunu xeyli ağırlaşdırıb. Lakin daha dəhşətlisi təbii fəlakətdən dörd gün keçməsinə baxmayaraq, İran hakimiyyətinin zəlzələdən zərər çəkən və soyuq havada sözün həqiqi mənasında çöldə qalan insanlara səmərəli kömək göstərməməsi və ya göstərmək istəməməsi, kənardan təklif olunan yardımı rədd etməsi, bununla da əhalini bir növ taleyin ixtiyarına buraxmasıdır.
Bu azmış kimi, hakimiyyət orqanlarına yardım üçün müraciət edən əhali “Bəsic” qüvvələrinin kobudluğu və təzyiqləri ilə üzləşib. Yayılan məlumatlara görə, Tehran hökuməti yaşam mücadiləsi verən Xoy camaatına zəruri yardım yollamaq əvəzinə, onların üzərinə xüsusi təyinatlı polis qüvvələri və su şırnağı maşınları göndərib.
“Etimad” qəzetinin yazdığına görə, zəlzələdən zərər çəkən bölgədə vəziyyət çox gərgindir, insanlar qəzəblidirlər və ruhi sarsıntı keçirirlər.
Qəzet onu da vurğulayır ki, əhalinin bir qismi bölgəni tərk edib başqa şəhər və kəndlərə üz tutmaq niyyətindədir.
Görünür, əhalinin faciəsinə görünməmiş laqeydlik nümayiş etdirən İran hakimiyyətinin bu davranışının bir məqsədi də azərbaycanlı əhalini Xoy bölgəsindən didərgin salmaqdır



Bu ölkə Türkiyəyə zəlzələdən sonra yardım təklif etdi
İran zəlzələdən zərər çəkənlərə 70 milyon dollar yardım ayırdı
İranda güclü zəlzələ- 25 yaralı
İrandakı zəlzələ ilə bağlı konsulluqdan AÇIQLAMA
Türkiyədən HƏYƏCANLI GÖRÜNTÜLƏR: İnsanlar küçəyə axışdı, qorxunc hadisəni gözləyirlər... - FOTOLAR
Yaponiyada zəlzələ qurbanlarının sayı artdı
Güclü zəlzələ oldu - ÖLƏNLƏR VAR
Azərbaycan Türkiyəyə nə qədər yardım edib?
Ərdoğandan zəlzələ ilə bağlı ilk açıqlama gəldi
Naxçıvan-Ermənistan sərhədində GÜCLÜ ZƏLZƏLƏ oldu
Azərbaycan İrana yardım təklif etdi
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 