ONN İnformasiya Agentliyi

Dağıntılar altında qalan tələbələrlə bağlı açıqlama

Dağıntılar altında qalan tələbələrlə bağlı açıqlama
8-02-2023, 17:58

Türkiyənin zəlzələ bölgəsi olan Malatya şəhərində dağıntılar altında qaldığı deyilən 4 azərbaycanlı tələbə ilə bağlı hələ də məlumat yoxdur.

ONN media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Qeyd edilib ki, axtarışlar davam edir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png