Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycana təşəkkür edib.
ONN media xəbər verir ki, bu barədə səfir tvitter hesabında qeyd edib.
"Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Aİ Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə edən can Azərbaycana və digər bütün ianəçi ölkələrə təşəkkür edirik", - deyə bildirib.
Qeyd edək ki, Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar. Konfransda Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub



Türkiyə səfiri Azərbaycana təşəkkür etdi
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başladı
Cahit Bağcı Gəncəyə getdi
Türkiyə səfiri Azərbaycana yenidən təşəkkür etdi
Pakistan səfiri Azərbaycana təşəkkür etdi
Ərdoğan Azərbaycana yeni səfir təyin etdi
Türkiyə səfiri Kərəm Mustafayevlə görüşdü
Türkiyə XİN Azərbaycana təşəkkür etdi
Erkan Özoral Azərbaycanı tərk etdi
AB Azərbaycana 14 milyon ayırıb
Səfər Mehdiyev Cahit Bağçı ilə görüşdü
Türkiyənin yeni səfiri bu gün Azərbaycana gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 