Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Qəhrəmanmaraşda fəaliyyətə başlayıb.
Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumata görə, Hərbi həkimlərimiz səhra hospitalında Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşları ilə koordinasiyalı şəkildə zəlzələ nəticəsində xəsarət alanların qəbulu, qeydiyyatı, çeşidlənməsi, əməliyyat olunması və aidiyyəti üzrə digər tibb müəssisələrinə göndərilməsi işlərində fəal iştirak edir.
Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniyə, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Qəhrəmanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb



MN Türkiyəyə yardım göndərdi
MN -nin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb
İşğaldan azad olunan ərazilərdə 2 səhra hospitalı yaradıldı
SON DƏQİQƏ: Natiq Əliyev vəzifədən azad olundu
Azərbaycanda yeni hərbi universitet yaradıldı
Bakıda yeni tibb mərkəzi fəaliyyətə başladı
Azərbaycandan Türkiyəyə qış səhra çadırları göndərilib
Azərbaycanın hərbi qulluqçusu vəfat etdi
Vətən müharibəsində şəhid olan həkimlərin sayı məlum oldu
Ordumuzda peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda polkovnik ehtiyata buraxıldı - Generaldan əmr
Azərbaycan və Türkiyə generalları görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 