Yunanıstanın “Kathimerini” adlı populyar gündəlik qəzeti öz saytında və sosial şəbəkələrdəki hesablarında Türkiyə xalqını dəstəkləyən rəsm dərc edib. Rəsmin müəllifi Dimitris Hadzapulos binanın fasadında “Biz hamımız türkük” yazan gənci təsvir edib.
ONN media xəbər verir ki, bu rəsm dünən tanınmış fransız satirik jurnalı “Charlie Hebdo”nun qalmaqallı karikaturasına özünəməxsus cavab olub.
Yunan nəşrinin bu addımı sosial şəbəkə istifadəçilərinin ziddiyyətli reaksiyasına səbəb olub. Bəziləri qeyd ediblər ki, təkcə türklər deyil, suriyalılar və kürdlər də dəstəyə layiqdirlər, digərlərinin fikrincə, bu cür vəziyyətlərdə insanları milli mənsubiyyətinə görə qiymətləndirmək düzgün deyil. Lakin əksər şərhlərdə sözügedən qəzetin bu cür mövqeyi etiraz doğurub və onları yazanlar hər kəsin adından çıxış etməməyi tövsiyə ediblər.
Xatırladaq ki, bu ərəfədə türklərə və ümumilikdə müsəlmanlara qarşı düşmənçiliyi ilə fərqlənən “Charlie Hebdo” fransız jurnalının tviter hesabında Türkiyədə dağılmış binaları və aşmış avtomobilləri təsvir edən karikatura dərc edilib. Bu nəşr təxribatçı karikaturanı aşağıdakı istehzalı sözlərlə təqdim edib: “Hətta tanklar da lazım deyil”



“Charlie Hebdo”nun Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq - Hikmət Hacıyev
Xamenei ilə bağlı daha bir biyabırçılıq
Yunanıstanın Türkiyədəki səfiri XİN-ə çağırıldı - SƏBƏB?
İran Fransadan qisasını alacaq
Yunanlardan Ərdoğana: Aya Sofyanın qisasını aldıq
Depardye Makrona etiraz etdi: Müsəlmanlar nə edib ki?
Türkiyə bayrağını cıran yunan millət vəkili CƏZALANDIRILDI
Peyğəmbərin karikaturasını çəkənlərə SİLAHLI HÜCUM
İran Fransa səfirinə nota verdi
Trampdan Türkiyə ilə bağlı ŞOK QƏRAR
Türkiyəyə qarşı birləşdilər - Bu ölkədən Yunanıstana TƏKLİF
Yunan Prezident Türkiyə sərhədini pozdu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 