Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra ilkin təxminlərə görə, Anadolu plitəsi 3 metr məsafədə sürüşərək yer dəyişib, lakin bu rəqəm arta bilər. Peyk şəkillərini əldə etdiyimiz zaman bununla bağlı daha dəqiq məlumatlara sahib olacağıq”.
Bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti, professor Karlo Dayloni bildirib.
INGV-nin Romadakı qərargahında bununla bağlı qiymətləndirmələr aparan Dayloni bildirib ki, Kahramanmaraşda iki böyük zəlzələ Anadolu plitəsinin Ərəb plitəsi ilə kəsişdiyi bölgədə baş verib.
“Anadolu plitəsi həm Yer qabığına, həm də Avrasiya plitəsinə və Ərəb plitəsinə nisbətən cənub-qərb istiqamətində hərəkət edir. Əslində hər gün irəliləyir. Bir neçə mikron məsafədə irəliləyir, lakin ilin sonuna qədər irəliləmə bir neçə santimetrə çata bilər”, - deyə o qeyd edib.
Dayloni zəlzələlərin baş verdiyi nöqtəyə işarət edərək vurğulayıb ki, burada bir enerji yığılması mövcuddur.
“Buna görə də bu nöqtədə on illərlə davam edən bir enerji yığılması var. Bu nöqtə bu enerjini daha çox saxlayacaq vəziyyətdə deyil. Və həmçinin Anadolu plitəsi cənub-qərb istiqamətində hərəkət edərkən bu tərəf tıxandığı üçün buradakı enerji də bir nöqtədə özünü büruzə verir”, - deyə o əlavə edib.
Bu zəlzələlərdən sonra Anadolu plitəsinin 3 metr sürüşdüyünü xatırladan Karlo Dayloni bunun ilkin təxminlər olduğunu və rəqəmin arta biləcəyini diqqətə çatdırıb.
“Peyk məlumatlarını əldə etdikdən daha aydın göstəricilərə sahib olacağıq. Bizim hesablamalarımıza və Amerika Geoloji Xidmətinin ilkin hesablamalarına görə, bu seqment boyunca sürüşmə 3 metr uzunluğunda idi, lakin daha sonra bu qırılma yayıldı, beləliklə də sistemin hərəkəti davam etdi. Bu qırılma ilə ikinci arasında metr hesabı da mütləq artacaq”, - deyə professor qeyd edib.



İstanbulla bağlı XƏBƏRDARLIQ EDİLDİ
İstanbulla bağlı daha bir QORXUNC PROQNOZ
SENSASİON PROQNOZ: 500 min insan öləcək
İtaliyada Etna vulkanı yenidən oyandı
Türkiyədə növbəti zəlzələ nə vaxt baş verəcək?
Fəlakət yaxınlaşır - QORXUNC PROQNOZ
Böyük zəlzələyə hazırlaşın - Professor qorxunc PROQNOZU TƏSDİQLƏDİ
Ekspertlərdən XƏBƏRDARLIQ: Həran zəlzələ ola bilər
İstanbulda 400 afterşok: “Böyük zəlzələ” gəlir?
İstanbulda 500 min insan öləcək, 2,5 milyonu isə... – QAÇILMAZ SONLUQ
Rəsədxanadan əhaliyə QORXUNC XƏBƏRDARLIQ: Böyük zəlzələ gözləyirik
SON DƏQİQƏ: Dəhşətli zəlzələ baş verdi - YER QABIĞI QIRILDI
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 