Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək.
Bu barədə "Report" Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.
O, qeyd edib ki, hazırda gənclərin nəşi Malatya Prokurorluğunun nəzarəti altında tibbi ekspertizaya aparılıb. Proses bir neçə gün davam edəcək.
Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib



Azərbaycanlı tələbələr dağıntılar altından çıxarıldı
ATU tələbəsi Türkiyədə həlak olub
Zəlzələ qurbanlarının sayı 30 minə yaxınlaşır
Zəlzələ qurbanlarının sayı 20 mini ötdü
Azərbaycanlı tələbələrin əşyaları tapıldı- Özləri isə...
Bir qrup Azərbaycanlı Adanadan təxliyyə olunacaq
Türkiyədə həlak olan tələbənin baş daşı müzakirəyə səbəb oldu
Azərbaycan Türkiyəyə 25 milyon manat yardım ayırıb
Azərbaycan Türkiyəyə nə qədər yardım edib?
122 saat sonra 70 yaşlı qadın sağ çıxarıldı
Suriyada son durum necədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 