Bu gün Türkiyədə baş vermiş zəlzələdən on gün ötür.
ONN media-nın xəbərinə görə, fevralın 15-də təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Hazırda Azərbaycanın xilasediciləri şəhərin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanları çıxarmağa çalışırlar.
Bugünədək FHN-in əməkdaşları dağıntılar altından 53 sağ insan, 69 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Hazırda isə Kahramanmaraşda FHN-in 760 nəfər şəxsi heyəti fəaliyyət göstərir.