Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları keçirir..
Belə ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını hazırda da davam etdirir.
Fevralın 10-da şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.
Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.
Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.
Xatırladaq ki, Azərbaycanın xilasediciləri Kahramanmaraşda üç növbəli sistem şəklində axtarış-xilasetmə əməliyyatlarını həyat keçirir.
Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



Xilasedicilərimiz 26 nəfəri dağıntılar altından çıxarıb
Zəlzələnin 10-cu günü: Xilasedicilərimiz əməliyyata davam edirlər
FHN-nin əməkdaşları Türkiyəyə çatdı
Dənizdə iki balıqçı itkin düşdü
Yeni xilasetmə heyyəti Türkiyəyə yola salındı
Türkiyədən xilasedicilərimiz geri qayıtdı
Etibar Mirzəyev partlayışa görə Xırdalana getdi - VİDEO
Kahramanmaraşa gedən könüllümüz nələri açıqladı?
Xilasedicilərimiz 11 nəfəri dağıntılar altından çıxardı
Türkiyənin vitse prezidenti Azərbaycana təşəkkür etdi
Hindistanda itkin düşən turistin aqibəti necə oldu?
Azərbaycanda 72 nəfər suda boğuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 