Bu gün Qaradağlı faciəsinin ildönümüdür.
1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımdan 31 il keçir. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola biliblər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb.
Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib.
Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür. Ermənilər ölənləri silos quyularına doldururlar, girovlara dəhşətli işgəncələr verirlər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz doğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşüblər.



Ermənilərin törətdiyi Qaradağlı qətliamından 26 il ötür
Bu gün Qaradağlı faciəsinin ildönümüdür
Qaradağlı qətliamına dair dözülməz kadrlar yayıldı -VİDEO
Xocalı qurbanlarının xatirəsi Şuşada anıldı
02 oktyabr- Xocavəndin işğal edildiyi gündür
Xocalı soyqırımından 30 il ÖTÜR
XİN Xocalı Soyqırımı ilə bağlı bəyanat yaydı
2 oktyabr erməni quldurları tərəfindən Xocavəndin işğal edildiyi gündür
Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Cəbrayıl və Füzuli rayonlarının işğalından 27 il ötür
Ağdaban qətliamından 32 il ötür
Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 