Azərbaycanda koronavirusa 34 yeni yoluxma qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə ONN media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 828 682 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 366 nəfər müalicə olunaraq sağalıb, 10 127 nəfər vəfat edib.