Diyetoloq Gökçen Efe Aydın Müqəddəs Ramazan ayının başlanması ilə bağlı orucun faydalarından danışıb.
ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis həm də orqanizmə zərər vermədən oruc tutmağın qaydalarını izah edib.
"Sahurda qalxıb yemək yeməyən insanın aclıq müddəti 20 saat çəkir. 20 saat ac qalmaq ciddi sağlamlıq problemlərinə yol aça bilər. Sahuru vaxtında etmək lazımdır və ötürmək olmaz.
Ramazan ayında oruc tutanlar iftara yüngül yeməklərlə başlamalıdır, az yağlı ət və tərəvəz yeməkləri, həmçinin salatlar tövsiyə olunur. Yaxşı olardı ki, enerji verən, lakin qanda şəkərin miqdarını sürətlə artıran ağ çörək, plov kimi qlisemik indeksi yüksək olan qidaların yerinə bulqur, tam buğda çörəyi və ya tam buğdalı makaron kimi lifli qidalara üstünlük verilsin.
Sahur insanı oruca hazırlayan ən mühüm yeməkdir. Bəzi insanlar üzrlü səbəblərdən sahura qalxmaqdansa, yemək yeyib bir az gec yatmağa üstünlük verirlər. Lakin bu, yanlış bir hərəkətdir. Çünki yeyib yatmaqla və sahuru ötürmək arasında müddət baxımından çox da fərq yoxdur. Hər iki halda aclıq müddətimizi uzadırıq. Ona görə də sahura qalxmalıyıq. Sahurda yediyimiz qidalar bizi gün boyu tox tutacaq və su ehtiyacını minimuma endirəcək", - həkim qeyd edib.
Diyetoloq qeyd edib ki, sahura qalxmayanda qanda şəkərin miqdarı aşağı düşür, həzm sistemi ağırlaşır, mədə və bağırsaqda aşırı qaz yığılır, ani təzyiq sıçrayışı, vücudun susuz qalması kimi sağlamlıq problemləri bizi ciddi şəkildə narahat edə bilər. Gündə bir dəfə qidalanan insan demək olar ki, bütün gün ac qalacaq.
Mütəxəssis Diyetoloq Yeşim Nurdan Özkorucuuklu isə bildirib ki, Ramazan ayında qidalanma planına diqqət yetirmək lazımdır. Özkorucuuklu oruc tutanlara yemək sayını 3 və ya 2 dəfəyə endirməyi tövsiyə edib:
"Sahur süfrəsinə gecə yuxudan durmaq lazım olduğu üçün əksər insanlar onu ötürür və yemək sayı daha da azalır. Təxminən 12-14 saat uzun sürən aclıq olur. Hər iftar süfrəsi ağır yeməklərlə başlayır. İftardan sonra şirniyyatlara da üstünlük verilir, amma bədənin su tələbatı yada düşmür.
Orucun vücudumuza faydalı olması və formada qalmaq üçün qida rasionumuzda tarazlıq yaratmalıyıq. İftarla sahur arasında gündəlik su tələbatını ödəyə bilirik. Qanda şəkər miqdarının aşağı düşməsi, daha çox aclıq hissi, yorğunluq, iş performansında azalma, uzun müddət aclıqdan yaranan biləcək narahatlıq və əsəbilik kimi bəzi problemlərin qarşısını almaq üçün sahur atlanmamalıdır"



16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin - SİYAHI
Oruc tutanlar necə qidalanmalıdır? - VACİB TÖVSİYƏLƏR
Oruc tutanda halsız olmamaq üçün bunları edin
Oruc tutmağın FAYDALARI
Ramazanda düzgün qidalanmağın yolları
Məşhur alimdən Ramazanla bağlı 7 MÜHÜM TÖVSİYƏ - MÜTLƏQ OXUYUN!
Sahura qalxmadan oruc tutmayın! - XƏBƏRDARLIQ
Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ
Ramazanda 30 günlük orucun orqanizmə TƏSİRİ
Bu şəxslərə oruc tutmaq OLMAZ! – Mütləq oxuyun
Bu şəxslərə oruc tutmaq olmaz
Ramazanda bu qidaları yeməyin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 